ADLA DEYİLMƏK (SÖYLƏNİLMƏK)
AĞ BİR, QARA İKİ
OBASTAN VİKİ
Ağ-göy-ağ bayraq
Ağ-göy-ağ bayraq — üç bərabər üfüqi zolaqdan (ağ, göy və ağ) ibarət bayraq. Bu bayraq Rusiyanın Ukraynaya təcavüzündən sonra Rusiyada müharibə əleyhinə etirazların simvoluna çevrilib. Bayraq 2022-ci ilin əvvəlində müharibə əleyhinə etirazların simvolu kimi Rusiyadakı müxalifət qüvvələri arasında geniş yayılıb. Fəalların fikrincə, bayraq ilk növbədə insanları sülh və azadlıq uğrunda birləşdirən simvoldur. == Tarixi == Ağ-göy-ağ bayrağın istifadə edildiyi ilk məlum yer 2006-cı ildə meydana çıxan Novqorod Respublikasının virtual dövlətinin internet saytı (“Noveqradeskaya Respublika”) olmuşdur. Bayraq Velikiy Novqorodun o vaxtkı rəsmi bayrağına əsaslanırdı. Saytın yaradıcısı, amerikalı proqramçı Martin Posthyumusun sözlərinə görə, layihə Novqorod Respublikasının qoşunlarının Şelon döyüşündə Moskva Knyazlığının qoşunlarını məğlub etdiyi alternativ tarixin nümunəsi kimi düşünülmüşdür.İlk dəfə 22 avqust 2019-cu ildə LiveJournal istifadəçisi Andrey Çudinov tərəfindən Rusiyanın alternativ bayrağı kimi istifadə edilməsi təklif edilib.Bu bayraqdan müharibə əleyhinə etirazın simvolu kimi istifadə edilməsi 28 fevral 2022-ci ildə Tvitter istifadəçilərindən biri tərəfindən təklif edilmişdi. Bundan sonra bu bayraqdan, müharibə əleyhinə çıxış edən müxalifət qüvvələri istifadə etməyə başladılar. Bayraq qısa müddətdə mitinqlərdə, yürüşlərdə, nümayişlər və digər etiraz hərəkətlərində, bununla bağlı rəsmlərdə və plakatlarda geniş istifadə olunub. Bu bayraqdan Tiflis, Kipr, Nyu-York, Krakov, Vyana, London, Hollandiya, Praqa, Toronto, Berlin, Barselona, Düsseldorf, Helsinki, Oslo və Yekaterinburq və digər yerlərdə baş tutmuş Rusiyanın Ukraynaya müdaxiləsinə qarşı olan mitinqlərdə də istifadə olunub.
Bayraq
Bayraq — bir ölkəni, təşkilatı, quruluşu və ya birliyi işarələyən, əsasən dördbucaqlı şəklində olan lövhə və ya parça. Bayraqları öyrənən elm sahəsi veksillologiya adlanır. == Tarixi == Bayraqlar ilk illərdə yalnız siqnallaşma üçün istifadə edilmişdir.
Bayraq (Təbriz)
Bayraq (fars. بيرق‎) — İranın Şərqi Azərbaycan ostanının Təbriz şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 3,703 nəfər yaşayır (914 ailə).
Bayraq Meydanı
Dövlət Bayrağı Meydanı
Bayraq dirəyi
Flaqştok və ya bayraq dirəyi — bayrağın (flaqın) bərkidilməsi, qaldırılması üçün metal, taxta və ya plastikdən hazırlanmış şaquli dayaqdır. Bəzən bayrağın daha rahat qaldırılması üçün Flaqştok xüsusi mexanizm ilə təchiz edilir. O halda bayraq ipə birləşdirilir və həmin mexanizmi hərəkətə gətirməklə flaqştokun başına - ən hündür nöqtəsinə qaldırılır. == Rekord hündürlük == 23 sentyabr 2014-cü il tarixindən dünyada ən hündür flaqştok Səudiyyə Ərəbistanında, Ciddə şəhərində olan bayraq dirəyi sayılır . Bu dirəyin hündürlüyü 171 m-dir (561 fut). Həmin flaqştok Ginnes rekordlar kitabına qeyd edilib.. Hündürlüyünə görə 2-ci yer - Tacikistanın Düşənbə şəhərində qurulmuş, hündürlüyü 165 м (və ya 541 fut) olan flaqştoka məxsusdur . Həmin flaqştokun inşası 2010-cu ildə Tacikistan milli bayraq gününü qeyd etdiyi gün - 24 noyabrda başlayıb, rəsmi açılışı 2011-ci ildə 30 avqustda olub və Tacikistan Respublikasının müstəqilliyinin 20-illiyinə (9 sentyabrda qeyd olunan) həsr olunub. Həmin tarixə qədər dünyanın rekordçu flaqştoku Azərbaycanda Bakı şəhərində olan flaqştok sayılıb . Hazırda öz hündürlüyünə (162 м, və ya 532 fut) görə dünyada 3-cü yeri tutan bu flaqştok 2010-cu ildə tikilib hazır olmuşdur .
Bayraq qalmaqalı
Bayraq qalmaqalı — Azərbaycan və Türkiyə münasibətlərində 2009-cu ildə baş vermiş gərgin siyasi mərhələ. == Tarixi == Azərbaycan və Türkiyə arasında "Bayraq qalmaqalı" 14 oktyabr 2009-cu ildə Bursada keçirilən Türkiyə-Ermənistan milli matçı zamanı Azərbaycan bayraqlarının stadiona buraxılmaması ilə bağlı FİFA baş katibi və təşkilat komitəsi sədrinin imzası ilə Türkiyə Futbol Federasiyasının baş katibi Əhməd Güvənərə göndərilən məktubun icrasından sonra başlanmışdır. Bursadakı matçdan sonra Azərbaycan və Türkiyə arasında münasibətlər gərginləşib. Azərbaycan da Bakıda türk əsgərlərinin abidəsindən Türkiyə bayrağını endirib. Türkiyə bununla bağlı Azərbaycana nota da vermişdir. Bakıdakı Şəhidlər xiyabanında 1918-ci ildə Bakının azad olunması uğrunda gedən döyüşlərdə həlak olmuş türk əsgərlərin xatirəsinə 1999-cu ilə qoyulmuş abidənin ətrafından bayraqlar 2009-cu il oktyabrın 16-da götürülmüşdü. Dəmir bayraq dirəkləri kəsilib çıxarılmış, yerinə daş plitələr döşənmişdi. Bursadakı matçda baş verənlərlə əlaqədar olaraq Bursa valisi Şahabəddin Harput 24 oktyabrda keçirdiyi ayrıca mətbuat konfransında bununla bağlı açıqlama verərək bildirmişdir ki, Bursada Türkiyə-Ermənistan matçında Azərbaycan bayraqlarının yerə atılmasına görə bir amir (polis rəisi, yaxud rəis müavini vəzifələrinə uyğun gəlir) və 2 polis əməkdaşı haqda intizam araşdırmasına başlanıb, polislərdən biri işindən kənarlaşdırılıb. Harput demişdir ki, stadiona girişdə, nəzarət və aramalar əsnasında bəzi Azərbaycan bayraqlarının mətbuatda yer alan xoş olmayan görüntüləriylə bağlı valilikdə aparılan araşdırma artıq bitmişdir. Bunun üçün polisin özünün qeydə aldığı kamera görüntüləri, xəbərin yer aldığı 10 beynəlxalq telekanal, 3 yerli kanal, yerli və beynəlxalq mətbuat orqanlarında çıxan foto və xəbərlər incələnmişdir.
Mavi bayraq
"Mavi bayraq" (ing. Blue Flag beach) — ən yüksək səviyyəli xidmətlər göstərən və yüksək meyarlara cavab verən çimərliklərə verilən Avropa Birliyi "Çimərlik suyu direktivi"nə uyğun olaraq Beynəlxalq Ətraf Mühit Təhsili Təşkilatı tərəfindən verilən nümunəvi xidmət göstəricisi. == Tarixi == "Mavi bayraq" kampaniyası 1987-ci ildən Avropa Ətraf Mühit Təhsili Təşkilatı tərəfindən həyata keçirilir. İlk olaraq 11 Avropa Birliyi ölkəsində, daha sonra isə 22 digər ölkədə müvəffəqiyyətlə tətbiq olunub. 2001-ci ildən isə Avropa xaricindəki ölkələrin tələbləri ilə bağlı olaraq kampaniyanın əhatəsi genişləndirilib və Avropa Ətraf Mühit Təhsili Təşkilatı dünya miqyasında Beynəlxalq Ətraf Mühit Təhsili Təşkilatı adlandırılıb. == Təltif edilmə == Bayraqla təltif edilmə üçün çimərliklər müəyyən edilmiş meyarlara uyğun olaraq mütəxəssislər tərəfindən qiymətləndirilir. "Mavi bayraq" çimərliyin diqqətçəkən hissəsinə sancılır və bu, çimərliyin yüksək imic qazanmasına xidmət edir. Ancaq proses bununla da yekunlaşmır. Bayraqla təltif edilən çimərliklərdə müntəzəm olaraq yoxlamalar təkrarlanır. Əgər çimərlikdə suyun təmizliyi, göstərilən xidmətlərin səviyyəsi, xilasedicilərin sayı, dəniz kənarının təmizlik səviyyəsi, kölgəlik, duş, sürüşkənlər, hətta sanitar qovşaq kabinələrinin vəziyyəti standartlara cavab verməzsə, bayraq geri alınır və ondan istifadəyə qadağa qoyulur.
Qırmızı bayraq
Qırmızı bayraq — Siyasətdə qırmızı bayraq əsasən sosializm, kommunizm, marksizm, həmkarlar ittifaqları, solçu siyasət və tarixən anarxizmin simvoludur. Fransız İnqilabından bəri solçu siyasətlə əlaqələndirilir.Sosialistlər bu simvolu 1848-ci il inqilabları zamanı qəbul etdilər və 1871-ci ildə Paris kommunası tərəfindən istifadə edilməsi nəticəsində kommunizm simvoluna çevrildi. Çin, Vyetnam və keçmiş Sovet İttifaqı da daxil olmaqla bir çox sosialist dövlətin bayraqları belə tərtib edildi. Qırmızı bayraq, Fransa Sosialist Partiyası (PS), Almaniya Sosial Demokrat Partiyası (SDP) və İspaniya Sosialist İşçi Partiyası (PSOE) kimi bəzi demokratik sosialistlər və sosial demokratlar tərəfindən də simvol kimi istifadə olunmağa başladı. Britaniya siyasətinin köklü partiyalarından olan Leyboristlər Partiyası 1980-ci illərin sonuna qədər bu simvoldan istifadə etdi. Fransız İnqilabından əvvəl və bəzi kontekstlərdə bu gün də qırmızı bayraqlar və ya pankartlar, itaətsizlik və müharibənin simvolu kimi qəbul edilir.Keçmişdə bəzi istifadə nümunələri; Orta əsrlərdə donanma gəmiləri müharibə elan etmək üçün, mühasirəyə alınan şəhərin təslim olmayacağını bildirmək və ya Osmanlı imperiyasında, sultanın mövqeylərini göstərmək üçün qırmızı bayraq gəzdirirdilər.
Tuğ (Bayraq)
Tuğ — əski türkcə bayraq deməkdir. Tarixi bilgilərə görə tuğ başında at və ya çöl öküzü quyruğu bağlanan nizədir. Tuğ bayraq və sancaqdan fərqli bir bəlgə idi. Bu bəlgə ordu, qoşun başçılarına təqdim olunurdu. Vəzifədən asılı olaraq tuğun sayı dəyişilirdi. Əski türk savaş nizamında "Tümən tuğu", "doqquz tuğlu tudun" adlı terminlər vardı. Tuğ, türk və altay xalq mədəniyyətində, həmçinin dövlət ənənəsində hökmranlıq simvoludur. Bayrağın təpəsinə ilişən at quyruğu, tükdən edilən flama şəklindədir. Tog və ya Tuk şəklində də deyilər. Monqollar Tug deyərlər.
Ağ – rənglərdən biri. == İnam və etiqadlarda == Yüngül, soyuq rəngdir. Sakitləşdirici təsirə malikdir. Bütün tünd rənglərlə əla görünür. Ayı tərənnüm edir. Avropa ölkələrinin əhalisi üçün ağ rəng cavanlığı, təmizliyi, nöqsansızlığı, bir sıra Şərq ölkələri, o cümlədən Yaponiyada və Çində matəmi və təhlükəni bildirir. İnsanın enerji sistemini tarazlaşdırır. Yaradıcılıq hisslərini büruzə verir.İstisna hallar hesaba alınmazsa, ağ rəng dünyanın bütün xalqlarında, xatırlatdığımız kimi, uğur, xoşbəxtlik, paklıq, düzlük, ehtiram və s. bildirir. Hətta bütün rənglərin ağ rəngdən törəməsi fikri də var və bu səbəbdən o, "ana rəng" adlanır.
"Qırmızı Bayraq" ordeni
"Qırmızı Bayraq" ordeni — ilk sovet ordeni. Sosialist Vətəninin müdafiəsi zamanı göstərilən xüsusi şücaət, fədakarlıq və cəsarət görə mükafatlandırma üçün 1918-ci ildə təsis olunub.
Al bayraq (qəzet)
Al bayraq — leqal bolşevik qəzeti, Hümmət Partiyasının orqanı. == Tarixi == İlk və yeganə nömrəsi 1920-ci il martın 31-də Bakıda Azərbaycan dilində çıxmışdır. Redaktoru Əliheydər Qarayev idi. Əliheydər Qarayevdən əvvəl "Al bayraq" Əhməd Cövdət Pepinovun müdirliyi ilə həftədə iki dəfə nəşr olunmuş, 1919-cu ildə Tiflisdə nəşri dayandırılıb, Bakıya köçürülmüşdür. Qəzet Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin fəaliyyətini tənqid edir, Birinci dünya müharibəsində iştirak edən dövlətlərin işğalçılıq siyasətinə qarşı çıxır, bolşevizmə xidmət edərək, kütlələri sosialist inqilabı uğrunda mübarizəyə çağırırdı. "Al bayraq" qəzeti dövlətə qarşı çıxış etdiyi üçün Azərbaycan Xalq Cümhuriyyəti hökuməti tərəfindən bağlanmışdır.
Bayraq Meydanı (Şuşa)
Şuşa Bayraq Meydanı — Şuşa şəhərində Vaqif Cəfərov küçəsində yerləşir.
Qırmızı Bayraq ordeni
"Qırmızı Bayraq" ordeni — ilk sovet ordeni. Sosialist Vətəninin müdafiəsi zamanı göstərilən xüsusi şücaət, fədakarlıq və cəsarət görə mükafatlandırma üçün 1918-ci ildə təsis olunub.
Qırmızı bayraq insidenti
Qırmızı bayraq insidenti (赤旗 事件, Akahata Ciken) – 1908-ci ildə Yaponiya hökumətinin ölkədəki sosializm hərəkatına qarşı represiya dalğası başlatmasına səbəb olan hadisə. == İnsident == 22 iyun 1908-ci ildə bir qrup parlament nümayəndəsi ilə Tokioda yerləşən Kandanın Kinkikan zalında sosialistlərlə görüşərək aktivist Yamaquçi Qizanın həbsxanadan buraxılmasını qeyd edirdilər. Görüş zamanı radikal sosialistlər üzərində "anarxizm" və "anarxo-kommunizm" şüarları olan qırmızı bayraqlar qaldıraraq görüş təşkilatçılarının sakit görüş istəyinə qarşı gəlmişdilər. Sosialistlər bayraqları endirməmiş və zalı tərk edərkən "anarxiya" şüarları səsləndirmişdilər. Polislərlə sosialistlər arasında dava düşmüş və sonda 16 nəfər həbs olunmuşdur. İnsidentlə bağlı mübahisə Sayonçi Kinmoçinin başçılıq etdiyi kabinetin dağılmasına səbəb olmuşdur. Onu əvəz edən və Katsuro Taronun başçılıq etdiyi hökumət 15 avqustda baş tutan məhkəmədə sərt cəzalar vermişdir. İki nəfər məsum hesab edilmiş, 2 nəfər müvəqqəti, 12 nəfər isə 1 ildən çox həbs cəzası vermişdir. Sosialist başçı Osuqi Sakae 2 il yarım, Sakai Toşihiko və Yamaka Hitoşi isə 2 illik həbs cəzası almışdır. == İstinadlar == == Ədəbiyyat == Huffman, James.
Qızıl bayraq (qəzet)
Qızıl bayraq — Sovet dövründə Tərtərdə nəşr olunmuş qəzet1934-cü ildə "Kolxozçuların varlanması yolunda" adı ilə fəaliyyətə başlayan qəzet 1937-ci ildən "Qızıl Bayraq" adı ilə nəşr olunmuşdur. 1963-1965-ci illərdə Tərtər rayonu Bərdə rayonu ilə birləşdiyinə görə, "Qızıl Bayraq" qəzeti Bərdə rayonunun "Kommunizm yolu" qəzeti ilə birləşdirilmiş, 1966-cı ildən yenidən "Qızıl Bayraq" adı ilə nəşr edilmişdir. 1998-ci ildən fəaliyyəti dayanan qəzet 2005-ci ildən etibarən "Yeni Tərtər" adı ilə nəşr edilməyə başlamışdır. "Yeni Tərtər" qəzeti hazırda ayda 3 dəfə oxucuların görüşünə gəlir.
Qara Bayraq Ordusu
Qara Bayraq Ordusu (çin. ənən. 黑旗軍, sadə. 黑旗军, pinyin: Hēiqí Jūn, heytsi çzyun; kuan ko den (vyet. Quân cờ đen)) — 1865-ci ildə Annam vilayətinin (indiki Vyetnam) bir hissəsi olan Yuxarı Tonkin ilə Çinin Quansi vilayətinin sərhədini keçən və 1885-ci ilə qədər fəaliyyətini davam etdirən, əsasən çjuanlardan ibarət quldur birləşməsi. Onlar Vyetnam və Çin hakimiyyət orqanları ilə əməkdaşlıq edərək Fransa müstəmləkə qoşunlarına qarşı döyüşlərdə iştirak ediblər. Komandir Lyu Yunfu qara bayraqlardan istifadə etməyi üstün tutmuşdu, buna görə də bu ad verilmişdi.
Ağ qalınalın
Ağ qalınalın, (lat. Hypophthalmichthys molitrix) — sürü halında yaşayan epipelegial balıq. Əsasən Amur çayı hövzəsində yayılmışdır. Soverlər dönəmində Volqa, Dnepr, Don, Terek, Kuban çayaları, Aral dənizninə daxil olan çaylar üzərində yerləşən su anbarlarına buraxılmışdır. Bu əsasən həmin növün təbii arealında olan çaylar olmuşdur. Balxaş gölündə belə meşahidə edilirlər. Kürüləmə dövrü iri çaylarda suyun temperaturu 25 °C (iyun-iyul) olduqda baş tutur. Kürünün inkişafı bir neçə gün davam edir. 100 sm uzunluğa və 40 kq çəyiyə sahib ola bilir. Qışı dərinliklərdə yataraq keçirir.
Ağ qargiləmeyvə
Ağ qargiləmeyvə (lat. Symphoricarpos albus) — bitkilər aləminin fırçaotuçiçəklilər dəstəsinin doqquzdonkimilər fəsiləsinin qargiləmeyvə cinsinə aid bitki növü. == Təbii yayılması == Şimаli Аmеrikаnın mеşə zоnаsındа yаyılmışdır. Hündürlüyü 1,5-2 m оlаn аlçаqbоy budаqlı kоldur. Оduncаğı yаşımtıl-аğdır. Zоğlаrı nаzik, bоz-qоnur və yа qоnur rənglidir. Tumurcuqlаrı kоnusvаri, хırdа, 1-2 mm, uzunluğundа, qırmızı-qоnur çаlаrlıdır. == Botaniki təsviri == Yаrpаqlаrı yumurtаşəkilli və yа оvаl fоrmаlı оlub, uzunluğu 2-6 sm-dir. Ucu küt və yа biz, bünövrəsi yumru, sаplаğı qısаdır. Yаrpаq аyаlаrının üstü tünd yаşıl, аlt hissəsi isə аçıq yаşıldır, çılpаq və yа аz tüklü, kənаrlаrı bütöv və yа zəif görünən çıхıntılıdır.
Ağ qargülü
Ağ qargülü, qar xədicəgülü (lat. Galanthus nivalis) — xədicəgülü cinsinə aid bitki növü.
Ağ qaytarma
Ağ qaytarma (lat. Potentilla alba) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin qaytarma cinsinə aid bitki növü.
Ağ qaz
Ağ qaz (lat. Anser caerulescens) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinin qaz (quş) cinsinə aid heyvan növü. == Yarımnövləri == C. c. caerulescens C. c.
Ağ qağayı
Ağ qağayı (lat. Pagophila) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin çovdarçıkimilər dəstəsinin qağayılar fəsiləsinə aid heyvan cinsi.
Ağ şam
Ağ şam (lat. Abies) — bitkilər aləminin çılpaqtoxumlular şöbəsinin i̇ynəyarpaqlılar sinfinin i̇ynəyarpaqlılar dəstəsinin şamkimilər fəsiləsinə aid bitki cinsi. == Növləri == Ağ şamağacının Qafqazda bir növü bitir. Həmin növdə Qafqaz aşırımında bitir. Ağ şamağacı 600-700 il yaşayır. Hündürlüyü 55 metrə çatır. Bəzi növlərinin oduncağından musiqi alətləri, mebel hazırlanmasında, sellüloz istehsalında istifadə edilir. Qabığında çoxlu miqdarda qatran vardır. Ağ şamağacının yağı sintetik kamfora almaq üçün xammaldır. Qafqazın qara dəniz sahillərində yaşıllaşdırma məqsədilə əkilir.
Ağ əspərək
Ağ əspərək (lat. Reseda alba) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin əspərəkkimilər fəsiləsinin əspərək cinsinə aid bitki növü.
вшива́ние выви́нчивание за́лежи кли́зма нало́жница облегчённость сакра́льно сты́чка хлами́ть цыга́нистый дрейфова́ть запа́мятовать многоли́кий необъясни́мо опти́ческий расши́рить little-ease pike-perch plausible plench restlessness seam-lace tillite timorsome одноцилиндровый